İngiltərə millisinin üzvü Noni Madueke "Tottenhem"ə qayıda bilər.
Sportal.az “Caught Offside” portalına istinadən xəbər verir ki, “Çelsi”nin vingeri sabiq komandasında oynamaq niyyətindədir. London təmsilçisi 2018-ci ildə komandadan ayrılan yetirməsinin performansını yüksək qiymətləndirir.
"Tottenhem" bu yay Maduekeni heyətinə qatmaq üçün indidən hərəkətə keçib. Bu mövsüm cinah hücumçusu 30 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
23 yaşlı futbolçunun "Çelsi" ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. O, İngiltərə millisinin də üzvüdür. Madueke PSV-nin də formasını geyinib.
saytlarin hazirlanmasi