Eşqin Tağıyev mükafatlandırılıb

14:53 - 8 Aprel 2025

II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Qusar” futbol klubunun üzvü Eşqin Tağıyev mükafatlandırılıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, fevral ayının ən yaxşı qolunun müəllifinə mükafatı XX turun "Qusar" - "Lerik" oyunundan əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.

Xəbər xətti