İngilis qapıçı "Nyukasl"a keçə bilər

15:55 - 8 Aprel 2025

"Sauthempton"un qapıçısı Eron Ramzdeyl İngiltərədə klubunu dəyişməyə yaxındır.

Sportal.az xəbər verir ki, Premyer Liqanı tərk edəcəyi dəqiqləşən komandanın qolkiperinin xidmətində "Nyukasl" maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Sağsağanlar"In baş məşqçisi Eddi Hau ingilis qapıçının transferini rəhbərlikdən istəyib. "Nyukasl" Ramzdeyl üçün onun klubu ilə müqaviləsində yer alan 25 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, "Sauthempton" Eron Ramzdeyli mövsümün əvvəlində "Arsenal"dan transfer edib. İngiltərə millisinin üzvü "müqəddəslər"in heyətində meydana çıxdığı 25 rəsmi matçda qapısında 56 qol görüb.

Xəbər xətti