Xorvatiyanın "Dinamo" klubu baş məşqçi Fabio Kannavaro ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisi italyan mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib
Qeyd edək ki, Fabio Kannavaro ötən ilin 29 dekabr tarixində "Dinamo"nun baş məşqçisi təyin olunmuşdu. Paytaxt klubu ölkə çempionatında 28 turdan sonra 46 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi