Futbol üzrə Azərbaycan 2-ci Liqasında 20-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün "Dinamo" öz meydanında "Şəmkir"i qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 35-ə yüksəldən "Şəmkir" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 31 xalı olan "Dinamo" isə 6-cı yerdədir.
"Dinamo" - "Şəmkir" 0:2
Qollar: V.Cəfərov, 72, Ü.Nağdalıyev, 77
Qırmızı vərəqə: Z.Məmmədli, 33 ("Dinamo")