Çempionlar Liqası: "Barselona"dan darmadağın, PSJ - "Aston Villa" matçında 4 qol

00:53 - 10 Aprel 2025

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində daha iki matç keçirilib.

Sportal.az xəbər verir ki, PSJ doğma meydanda "Aston Villa"nı, "Barselona" isə Dortmund "Borussiya"sını qəbul edib. Kataloniya klubu matçdan 4:0 hesablı darmadağınla ayrılıb. PSJ isə 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 15-16-da baş tutacaq. 

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar

PSJ (Fransa) – "Aston Villa" (İngiltərə) 3:1

Qollar:D.Doue,39, K.Kvaratskelia,49, N.Mendes,90+2, - M.Rogers,35

"Barselona" (İspaniya) – "Borussiya" (Dortmund, Almaniya) 4:0

Qollar: Rafinya,25, R.Levandovski,48, 66, L.Yamal,77

Xəbər xətti