"İnter" qapıçısı ilə yollarını ayırdı - RƏSMİ

14:31 - 30 İyun 2026

"İnter" mövsümün sonunda müqaviləsi başa çatan Yann Sommerlə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə İtaliya çempionunun mətbuat xidməti məlumat yayıb.

A Seriyası nəhəngi İsveçrə millisinin üzvü ilə yeni sözləşmə imzalamayıb. 37 yaşlı qapıçı azad agent statusu ilə klubu tərk edib.

Qeyd edək ki, "İnter" Yann Zommeri 2023-cü ilin yayında "Bavariya"dan 6,9 milyon avroya transfer etmişdi. Təcrübəli qolkiper 2025/26 mövsümündə Milan təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi mtçda qapısında 42 qol görüb.

Xəbər xətti