"Səbail" Azərbaycan Premyer Liqasının XV turunda səfərdə "Keşlə"ni 3:0 hesabı ilə darmadağın edib.
Sportal.az xəbər verir ki, oyundan sonra qonaqların kapitanı Rahid Əmirquliyev jurnalistlərə müsahibə verib. Təcrübəli yarımmüdafiəçi öncə oyunla bağlı danışıb:
- Bilirdik ki, çətin olacaq. Təlim-məşq toplanışından sonrakı ilk oyun həmişə çətin olur. Bu amillərə baxmayaraq, istədiyimiz oyunu oynadıq və qələbə qazandıq.
- 3:0 hesabı ilə qalib gələcəyinizi gözləyirdiniz?
- Xeyr, belə düşünmürdük ki, 3:0 hesabı ilə qalib gələrik. Ancaq biz layiqli qələbə qazandıq.
- Təlim-məşq toplanışındakı hazırlığın bu qələbə üçün əhəmiyyəti nə dərəcədə oldu?
- Orada hava şəraiti bir az mane oldu. Yaxşı oyunlar keçirdik. Futbol belədir. Bu gün bizdə hər şey alındı, “Keşlə”də isə yox.
- İki qoldan sonra “Keşlə” “sındı”.
- Bilirdik ki, tez qol vursaq, daha yaxşı olacaq. Daha sonra “Keşlə” ruhdan düşdü, biz də rahat oynadıq.
- İlk qolu əks-hücumdan sonra vurdunuz. Bilərəkdən özünü arxaya çəkilibi rəqibi tora saldınız?
- Biz tez hücuma çıxmaq üçün hazırlaşmışdıq. Bu da bizdə alındı.
- Növbəti turda “Zirə” ilə oynayacaqsınız. Autsayderi məğlub yola sala biləcəksiniz?
- “Zirə” son pillədə olsa da, yaxşı komandadır. Evdə oynayacağıq, ancaq çətin olacaq. Bir dəfə onlara uduzmuşuq, çalışacağıq ki, revanş alaq.
saytlarin hazirlanmasi