AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Finlandiya (2:0) və Lixtenşteynlə (6:0) oyunlar üçün İtaliya millisinin heyətinə çağırılmayan “Marsel”in futbolçusu Mario Balotelli bu durumdan kəskin narazıdır.
Sportal.az xəbər xəbər verir ki, 29 yaşlı hücumçu millidən imtina edə biləcəyini deyib: “İtaliya yığmasının bəlkə də, bir gün mənə ehtiyacı olacaq. Amma bu qədər alçaldıldığım, zərər gördüyüm illərin ardından bəlkə bu təklifdən imtina edəcəm. Mən robot və ya axmaq deyiləm. Çox vaxt lazımsız gərginliklərdən qaçmaq üçün haqqımda deyilənlərə cavab vermirəm. Amma hamısını eşidirəm və görürəm. Artıq bezdim”.
Qeyd edək ki, 28 yaşlı hücumçu bu mövsüm "Nitsa" və "Marsel" klublarının heyətində Fransa çempionatında 18 matçda iştirak edib və 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi