İtaliya A Seriyasının 29-cu turunda "Empoli"ni 1:0 hesabı ilə məğlub edən "Yuventus"un hücumçusu Moyze Kin açıqlama verib.
Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, oyunda yeganə qolun müəllifi olan 19 yaşlı forvard Kriştiano Ronaldo və Lionel Messinin səviyyəsinə çatmaq istədiyini deyib: "Mən Ronaldo və ya Messi deyiləm. Ancaq çox çalışmaqla bir gün onların səviyyəsinə çatacağıma inanıram".
Qeyd edək ki, Kin bu mövsüm "Yuventus"Un heyətində 7 oyuna 3 qol vurub.
saytlarin hazirlanmasi