Əmrə Can: "Liverpul"dan ayrılanda Klopp çox üzüldü"

17:50 - 11 Aprel 2019

İtaliyanın "Yuventus" klubunda çıxış edən Əmrə Can açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Türkiyə əsilli alman yarımmüdafiəçi ötən mövsüm "Liverpul"dan ayrılması barədə danışıb: "Liverpul"dan ayrılmağa qərar verən baş məşqçi Yurgen Klopp çox üzüldü. Ona yeni macəra istədiyimi dedim. Bu seçim Klopp və ya "Liverpul"a qarşı deyildi. Sadəcə, meydan oxumağı seçdim. Hələ də Kloppla danışırıq. "Liverpul"a hər zaman minnətdaram. İndiyə qədər işlər yaxşı gedir, ancaq hələ kubok qazanmamışıq".

 

25 yaşlı futbolçu "Yuventus"la Çempionlar Liqasını qazanmaq istədiyini bildirib: "A Seriyası və Çempionlar Liqasını qazanmaq istəyirik. ÇL-də rəqiblərimiz güclüdür. "Real"ı mübarizədən kənarlaşdıran "Ayaks"la üz-üzəyik. Güclü olan tərəf bizik. Şanslarımızı istifadə etsək, finala çıxacağımızdan əminəm".

Xəbər xətti