Kontedən "Roma" açıqlaması

15:52 - 21 Aprel 2019

Ötən yay İngiltərənin "Çelsi" klubundan ayrılan italiyalı baş məşqçi Antonio Kontenin işsiz günləri davam edir.

 

Sportal.az xəbər verir ki, mütəxəssis "Roma" ilə anlaşması barədə yayılan iddialara münasibət bildirib. 49 yaşlı çalışdırıcı xəbərləri təkzib edib: "Anlaşdığım klub yoxdur. Planları mənim marağımı çəkən, həyəcanlandıran və hər şeydə razı edən klubu seçəcəm".

 

Konte "Bari", "Atalanta", "Syena", "Yuventus", "Çelsi" klubları ilə yanaşı, İtaliya millisinin də baş məşqçisi olub.

Xəbər xətti