“Sabah” klubunun üzvlərinin bu il “Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində iştirak edəcəyi barədə məlumat vermişdik.
Sportal.az xəbər verir ki, Madriddəki turnirə qatılacaq üzvlərin mətbuat konfransı keçirilib.
Konfransda klubun akademiyasının aşağı yaş qrupları üzrə kordinatoru İlqar İsrafilov, U-12 komandasının baş məşqçisi Samir Əbdürəhmanov, layihənin rəhbəri Rüstəm Əzimov və “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov iştirak edib.
Əvvəlcə layihənin rəhbəri Rüstəm Əzimov fikirlərini bildirib: “Dostluq üçün futbol layihəsi” hər il həyata keçirilən sosial layihədir.
Məqsədimiz bütün dünyada olan uşaqları futbolla birləşdirməkdir. 2017-ci ilin qalibi 9 ölkənin üzvlərindən ibarət narıncı komandası oldu.
Burda Sinqapur, Argentina, Çexiya, Liviyadan olan futbolçular iştirak edirdi. Azərbaycandan da Rəvan Kazımov. Bu il də “Sabah” yerli operator kimi turnirə dəvət olunub”.
Daha sonra klubun akademiyasının aşağı yaş qrupları üzrə kordinatoru İlqar İsrafilov fikirlərini söyləyib:
“Sabah” yeni bir klubdu. Akademiyaya aid olan məsələlərə ciddi yanaşmaq fikrimiz var. Bu layihədə iştirakımız bu yöndə atılmış ilk addımdır.
Bizə dəvət gələn kimi dərhal qəbul etdik. Bu ildən məşqçilər üçün də xüsusi kurslar keçiriləcək. Layihə çərçivəsində onlayn kurslar təşkil olunacaq.
“Sabah” tərəfindən aşağı yaş qruplarına yüksək diqqət göstərilir. Ötən həftə əsas komandanın üzvləri də bizim komandanın məşqinə gəldi. U-12 ötən il Azərbaycanın çempionu olub.
Bu uşaqlar həmin komandanın əsas oyunçuları olduqlarına görə bu uşaqları seçdik. Sağlam rəqabəti aşılamaq üçün. O biri yaş qruplarımız da mütəmadi olaraq belə turnirlərə qatılırlar”.
“Sabah”ın U-12 komandasının baş məşqçisi Samir Əbdürəhmanov turnirdə Azərbaycanı layiqincə təmsil edəcəklərini deyib:
“Sabah”ın U-12 komandası olaraq Azərbaycanı layiqincə təmsil edəcəyik. İki futbolçumuz – qapıçı Əlizadə Ayxan və hücumameyilli yarımmüdafiəçi Babamirzə Mehdiyev bizi təmsil edəcək.
Ötən il U-12 komandasıyla “İzmir Cup”da qalib olduq. Burda qalib gəldiyimiz üçün Avstriyaya yollandıq.
Babamirzə turnirin ən yaxşı oyunçusu, Ayxan isə ən yaxşı qapıçısı seçilmişdi. Onların bizi layiqincə təmsil edəcəklərinə inanıram”.
Daha sonra tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar:
Turnirin reqlamenti necədir?
– Mayın 28-də yola düşəcəyik. Çempionlar Liqasının finalına baxdıqdan sonra qayıdacağıq. Püşkatma olacaq, hər oyunçu bir komandaya düşəcək.
“Sabah” dan başqa, kluba təklif göndərmisizmi?
– Xeyr.
Uşaqların ingilis dili biliyi varmı?
– Bəli, var. İndi böyük futbolda da əsas problemlərimizdən biri dil biliyinin aşağı olmasıdır. Məşqçimiz də dil biliyi kursuna gedir.
Maliyyə məsələlərini kim həll edir?
– Xərcləri “Qazprom” şirkəti qarşılayır.
saytlarin hazirlanmasi