"Roma" Konteylə görüşdü: İllik 9,5 milyon avro maaş

18:37 - 24 Aprel 2019

İtaliyanın "Roma" klubu mövsümün sonunda baş məşqçi postuna Antonio Konteni gətirmək istəyir.

 

Sportal.az "calciomercato.com"a istinadən xəbər verir ki, paytaxt klubu Konteyə illik 9,5 milyon avro maaş ödəməyə hazırdır. Klub rəsmiləri italiyalı mütəxəssislə görüş keçirib və müzakirələr aparıb. Məlumat görə, Konte "Roma"da işləməyə müsbət yanaşır.

 

49 yaşlı mütəxəssisin məvacibini ödəmək üçün "canavarlar" Edin Ceko, Xavyer Pastore, Stiven Nzonzi üçlüyündən ikisini yola salmağı planlaşdırır.

 

Antonio Konte ötən yay "Çelsi"dən ayrıldıqdan sonra işsizdir.

Xəbər xətti