"Latsio" "Milan"ı finala buraxmadı VİDEO

01:05 - 25 Aprel 2019

İtaliya kubokunun yarımfinal mərhələsinin cavab görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Milan" ilk oyunda 0:0 hesablı heç-heçə etdiyi "Latsio"ya evdə 0:1 hesabı ilə uduzub. Paytaxt təmsilçisi qələbə sayəsində finala yüksəlib.

 

"Latsio"nun finaldakı rəqibi "Atalanta" - "Fiorentina" matçından sonra bəlli olacaq.

 

"Milan" - "Latsio" - 0:1

Qol: Xoakin Korrea, 58

 

 

 

Xəbər xətti