İtaliyanın "İnter" klubu hücumçusu Mauro İkardiylə bağlı yeni qərar verib.
Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Milan təmsilçisi argentinalı futbolçunu satmağa razıdır. "Göy-qaralar" 26 yaşlı hücumçu üçün ən azı 70 milyon avro tələb edir.
İkardinin adı PSJ və "Yuventus"la hallanır.
Argentina millisinin üzvü "İnter"də 214 oyuna 123 qol vurub, 28 assist edib.
saytlarin hazirlanmasi