İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon çıxış etdiyi PSJ-dən ayrıla bilər.
Sportal.az xəbər verir ki, 41 yaşlı qapıçıya sabiq komandası "Yuventus" klubun idarə heyətində iş təklif edib. Xəbərdə təcrübəli əlcək sahibinin yayda PSJ ilə başa çatan müqaviləsini uzatmaq istəmədiyi qeyd edilib.
Buffonun karyerasına daha bir il davam etmək istədiyi barədə xəbərlər də var. Turin klubu əfsanəvi qapıçısının daha bir mövsüm oynamaq istəyini yerinə yetiməyə hazır olduğu bildirilir.
Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a 52,8 milyon avroya transfer olmuşdu. İtaliyalı qapıçı 17 mövsüm klubda çıxış etdikdən sonra ötən yay PSJ-yə keçmişdi.
saytlarin hazirlanmasi