"İnter" "Mançester Yunayted"in futbolçusunu hədəfə aldı

18:13 - 26 Aprel 2019

"Mançester Yunayted" çilili futbolçusu Aleksis Sançeslə yolları ayırmaq fikrindədir.

 

Sportal.az "Independent"ə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu İtaliyanın "İnter" klubunun hədəfindədir. Milan təmsilçisi "Mançester Yunayted"də həftəlik 400 min avro maaş alan futbolçunu daha az məvacib oynamağa razı sala bilsə, transferin reallaşması mümkündür.

 

Çili millisinin üzvü bu mövsüm 25 oyuna 2 qol vurub, 4 assist edib.

Xəbər xətti