İtaliya A Seriyasının son 7 oyununda 5 xal toplayan "Milan"ın baş məşqçisi Cennaro Qattuzonun gələcəyi sual altındadır.
Sportal.az xəbər verir ki, 34-cü turda səfərdə "Torino"ya 0:2 uduzan klubun rəhbərliyi Qattuzonu istefaya göndərməyi düşünür. Klub daxilində bununla bağlı toplantı keçirilib. Gün ərzində istefanın açıqlanacağı gözlənilir.
A Seriyasında uzun müddət ilk dördlükdə yer alan "Milan" xal itkilərindən sonra 7-ci pilləyə düşüb.
saytlarin hazirlanmasi