"Yuventus" baş məşqçisi Massimiliano Alleqri ilə yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis sabah mətbuat konfransı keçirəcək və ayrılığı ilə bağlı açıqlama verəcək.

 

Alleqri 2014-cü ildən Turin klubunu çalışdırırdı. "Yuventus" onun rəhbərliyi altında 5 dəfə İtaliya çempionu olub.