"Yuventus"la yolları ayırmağa qərar verən italiyalı baş məşqçi Massimiliano Alleqri növbəti mövsümü boş keçirmək istəmədiyini deyib.
Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssis təkliflər gözlədiyini deyib:
"Növbəti mövsümü boş keçirmək istəmirəm. Məni razı salacaq layihə tapacağıma inanıram. Həyat sürprizlərlə doludur. Hər şeyə hazır olmalısınız".
Alleqri "Yuventus"un baş məşqçi seçimində doğru seçim edəcəyini bildirib: "Klub mənim əvəzimə doğru seçim edəcək. İnsanlar burada asan uğur qazanıldığını deyir, ancaq bu, belə deyil".
Alleqri 2014-cü ildən "Yuventus"u çalışdırırdı. O, komandanı 5 dəfə İtaliya çempionu edib.
saytlarin hazirlanmasi