Luçano Spalletti ilə yolları ayırmağa qərar verən İtaliyanın "İnter" klubu Antonio Konteylə anlaşıb.
Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Milan təmsilçisi ötən mövsüm "Çelsi"dən ayrıldıqdan sonra işsiz qalan Antonio Konte ilə 3 illik anlaşıb. 49 yaşlı mütəxəssisin illik maaşı 10 milyon avro olacaq.
Xəbərdə "İnter"in Çempionlar Liqasına vəsiqə qazanacağı halda, Konteylə anlaşmanın pozulmayacağı vurğulanıb.
A Seriyasının 38-ci turunda "Empoli" ilə matç Spallettinin "İnter"də son qarşılaşaması olacaq.
60 yaşlı mütəxəssis 2017-ci ildən "İnter"i çalışdırır.
saytlarin hazirlanmasi