Türkiyə millisinin müdafiəçisi Merih Demiral karyerasını "Yuventus"da davam etdirəcək.
Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubu 21 yaşlı futbolçu ilə 5 illik anlaşma əldə edib.
"Alanyaspor"un futbolçusu qış fasiləsində İtaliyanın "Sassuolo" klubuna icarəyə verilmişdi. "Yuventus"un türkiyəli futbolçu üçün 15-20 milyon avroluq təzminat ödəyəcəyi gözlənilir.
Demiral Türkiyənin bütün yaş qruplarından ibarət yığmalarında çıxış edib. O, ötən ildən əsas milliyə dəvət alır.
saytlarin hazirlanmasi