İtaliya A Seriyasının sonuncu - 38-ci turunda "Empoli"ni 2:1 hesabı ilə məğlub edərək, Çempionlar Liqasına vəsiqə qazanan "İnter"in baş məşqçisi Luçano Spalletti açıqlama verib.
Sportal.az xəbər verir ki, 60 yaşlı mütəxəssis Milan təmsilçisindəki gələcəyi barədə danışıb:
"Bundan sonra klub danışacaq və mən də sizi kimi dinləyəcəm. Açığı, mən də nə qərar veriləcəyini bilmirəm. "İnter"də qalsam, xoşbəxt olaram".
İtaliya mətbuatı "İnter"in baş məşqçi postuna Antonio Kontenin gətiriləcəyini yazmışdı.
"İnter" A Seriyasında mövsümü 69 xalla 4-cü pillədə başa vurub.
saytlarin hazirlanmasi