Hollandiyanın "Ayaks" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi hücumameyilli yarımmüdafiəçisi Duşan Tadiçlə yeni sözləşmə imzalayıb. Serbiya millisinin üzvü ilə 2023-cü ilin yayına kimi yeni müqavilə imzalanıb.
Müqavilədə yer alan bəndə əsasən, Tadiç futbolçu karyerasını başa vursa, 2026-cı ilə kimi komandanın məşqçilər korpusunda yer alacaq.
"Ayaks" 30 yaşlı futbolçunu ötən yay "Sauthempton"dan 11,4 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi