Azərbaycan Premyer Liqasının 10-cu turunda evdə "Keşlə" ilə 0:0 hesablı heç-heçə edən "Səbail"in baş məşqçisi Aftandil Hacıyev oyundan sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis oyunu şərh edib:
"Maraqlı oyun alındı. Hava şəraitinə baxmayaraq, futbolçular sona qədər mübarizə apardı. Hər iki komanda uduzmaq istəmirdi. Oyunu yaxşı səviyyədə keçirtdik. Futbolçular oyundan qopmamağa çalışırdı. Yaxşı epizodlarımız oldu, qol da vurduq, amma hakim qeydə almadı. Təkrara baxmaq lazımdır, zənnimcə təmiz qol idi. Bir xal qazandıq. Neçə tur idi ki, xal qazana bilmirdik. Rəqibi də nəzərə almaq lazımdır. "Keşlə" az qol buraxan komandalardan biridir. İstəyərdik ki, evdə qalib gələk. Artıq növbəti oyunlara baxacağıq. Bu gün hər iki komandaya təbrik düşür".
saytlarin hazirlanmasi