"Yuventus" yarımmüdafiəçisi Miralem Pyaniçi transfer etmək istəyən "Barselona"ya şərt qoyub.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi katalonların vingeri Ansu Fatinin anlaşmanın bir hissəsi olmasını istəyir.
Daha öncə İspaniya mətbuatında Qvineya-Bisau əsilli ispan futbolçunun "Barsa"da satılmayacağı qərar verilən altı futbolçudan biri olduğu yazılmışdı. 17 yaşlı futbolçu bu mövsüm 21 oyunda 4 qol vurub, 1 assist edib.
"Barselona" Miralem Pyaniçlə yarımmüdafiəçisi Artur Melonun dəyişdirilməsinə müsbət yanaşır.
30 yaşlı yarımmüdafiəçi 2016-cı ildə "Roma"dan 35 milyon avro qarşılığında "qoca sinyora"ya keçib. Bosniyalı futbolçunun "Yuventus"la müqaviləsi 2023-cü ilin iyunun 30-dəkdir.
saytlarin hazirlanmasi