Türkiyəli məşqçidən Azərbaycan ordusuna dəstək

18:27 - 13 İyul 2020

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusu 4 şəhid verib.

 

Sportal.az xəbər verir ki, Türkiyənin bir çox tanınmış simaları kimi, vaxtilə Tovuzun "Turan" klubunun baş məşqçisi olmuş Naci Şensoy da hadisəyə biganə qalmayıb. O, Azərbaycan əsgərinə dəstəyini nümayiş etdirib: "Möhkəm olun, igid tovuzlular və qəhrəman Azərbaycan əsgəri. Siz heç vaxt yalnız olmayacaqsınız. Tovuzlu igid şəhidimizin ruhu şad olsun".

 

Xəbər xətti