Sportal.az "Sabah"ın hücumçusu Ramil Şeydayevin müsahibəsini təqdim edir:
- "Sabah"la başa çatan müqaviləni uzatmağında həlledici amil nə oldu?
- Bu komandada qalmağa qərar verməyim çox faktorla bağlıdı. Ancaq ən əsası odur ki, indi imkan daxilində daha çox oynamağım və komandaya qarşısına qoyduğu vəzifələri yerinə yetirməkdə kömək etməyim lazımdı.
- Məlumdur ki, hər dəfə legioner həyatı yaşamağa can atmısan. İndiki vaxtda bunu reallaşdırmamağın nəylə bağlıdı? Pandemiya ilə əlaqədar variant yox idi, yoxsa uzun müddət oynamadığından ölkədən kənarda çıxş etməyə tam hazır deyildin?
- Bu məqsəd indiyədək mənim üçün prioritetdi ki, xaricə yollanım. Ancaq indiki anda bu, heç də ən yaxşı qərar deyildi. Səbəb də çox amillə bağlıdı. Bu yerdə onu da diqqətinizə çatdırmaq istərdim ki, xaricdən təklifim yox idi. Hərçənd, hamı "Kayserispor"dan yazır. Bilmirəm, kim, niyə bunu yazıb. Ancaq ordan heç bir dəvət almamışam.
- Sirr deyilsə, Azərbaycanda digər variantların var idi? Xüsusilə "Neftçi"dən...
- Xeyr. Konkret təkliflər yox idi.
- Qəbələdə hazırlığınız necə keçdi?
- Əla! Qəbələdə məşqlər üçün bütün şərait var idi. Yoxlama oyunları keçirərək yeni mövsümə hazırlaşırıq.
- Göz dəyməsin, bütün yoxlama matçlarında qalib gəldiniz, "Sabah"da qol hesabını da açdın. "Qarabağ" üzərində əzmkar, "Neftçi" üzərində böyükhesablı qələbəniz xüsusilə diqqər çəkdi. Nəticələri şərh edərdin? Artıq komandanızda hər şey relsə düşüb?
- Bu, yalnız yoldaşlıq görüşləridi. Onları çempionat oyunları ilə müqayisə etmək olmaz. "Qarabağ"la matçda zədə alsam da, bu, yüngül oldu. Artıq hər şey yaxşıdı və ümumi qrupda çalışıram.
- İspaniyalı yeni baş məşqçiniz Visente Qomes haqda ilkin təəəssüratlarını bilmək maraqlı olardı. Bu mütəxəssis hansı xüsusiyyətləri ilə diqqətini çəkdi?
- Bu suala cavab verməyəcəm. Çünki məşqçini müzakirə etmək istəmirəm.
- Yeni mövsümdə qarşınıza hansı vəzifələr qoyulub? Yenilənən "Sabah" nəyə ümid edə bilər?
- Konkretliyə varmadan deyə bilərəm ki, çox yüksək vəzifələrimiz var. Bunu mövsümün gedişində görəcəksiniz.
- Millimizin məşqçisi Arif Əsədov saytımıza müsahibəsində bildirib ki, səni klubunda yarımmüdafiənin cinahında oynatmaq çıxışına mənfi təsir göstərə bilər. Çünki əsl mövqeyin mərkəz hücumçusudu. Bəs, özün bu haqda nə düşünürsən? Sol cinah vingeri kimi meydanda özünü necə hiss edirsən?
- Bu mövqedə oynamaq mənim üçün adidi. Çünki orda tez-tez çıxış etmişəm.
- Və sonda millimizdə italiyalı baş məşqçi Canni de Buazinin təyinatını necə şərh edərdin? Xeyli vaxtdır futbolsuz qalan milli komandamızla Millətlər Liqasında nəyə iddia etmək olar?
- Baxarıq, görək bizdə necə olacaq. Yeni baş məşqçimizə uğurlar arzulayıram. Ümid edirəm ki, birlikdə uğur əldə edə biləcəyik (sport24.az).
saytlarin hazirlanmasi