Ronaldo futbol tarixinin ən çox qol vuran oyunçusu oldu

13:55 - 21 Yanvar 2021

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo yeni rekorda nail olub.

 

Sportal.az xəbər verir ki, "Napoli" ilə Super kubok matçında (2:0) fərqlənən portuqaliyalı ulduz futbol tarixinin ən çox qol vuran oyunçusuna çevrilib. 35 yaşlı hücumçu karyerası ərzində vurduğu qolların sayını 760-a yüksəldib.

 

Bununla da o, çexiyalı hücumçu Josef Biçanın (759 qol) geridə qoyub.

 

Ronaldo Portuqaliya millisi, “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”da ümumilikdə 1036 oyuna çıxıb.

Xəbər xətti