"Sabah" Azərbaycan millisinin üzvü Ramil Şeydayevi əvəzedici komandaya döndərib.
Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu bu gün I Divizionun 16-cı turunda "Qaradağ Lökbatan"a qarşı keçiriləcək matçda iştirak edəcək. Şeydayev görüşün start heyətində yer alıb.
Ramil bu mövsüm Premyer Liqada keçirdiyi 16 oyunda (754 dəqiqə) 3 qol vurub. Onun paytaxt təmsilçisi ilə müqaviləsi iyunun 30-da baş çatacaq.
saytlarin hazirlanmasi