"Sumqayıt" Türkiyədən qayıtdı, Serbiyaya gedir

Ankara toplanışını başa vuraraq Vətənə qayıdan "Sumqayıt" ötən gün "Kapital Bank Arena"nın köməkçi meydançasında məşqə çıxıb.

 

Sportal.az xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Çukariçki" ilə qarşılaşacaq komanda iyulun 19-da Serbiyaya yola düşəcək.

 

Ayxan Abbasovun komandası "Metropole Collection Belgrade" otelində məskunlaşacaq.

 

“Çukariçki” – “Sumqayıt” oyunu iyulun 21-də Belqradda keçiriləcək. Cavab görüşü isə ayın 29-da Sumqayıtda olacaq.

Tarix: 18 İyul [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio