"Real"da ciddi itki: 6 həftə oynamayacaq

13:13 - 4 Avqust 2021

“Real”ın futbolçusu Toni Kroos əməliyyat olunacaq.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin qasıq nahiyəsində xroniki zədə aşkarlanıb. "Marca"nın yaydığı məlumata görə, alman oyunçu təxminən 6 həftə oynamayacaq.

 

Qeyd edək ki, Kroos ötən mövsüm La Liqada oynadığı 28 matçda 3 qol vurub, 10 qolun ötürməsini verib.

Xəbər xətti