"Qarabağ"ın veteranı: "Kiprlilər Azərbaycan komandalarına qarşı həmişə aqressiv olur"

13:21 - 4 Avqust 2021

"Qarabağ" üçün AEL-lə oyunlar çətin olacaq. Amma düşünürəm ki, ağdamlılar bu mərhələni də keçəcək. Düzdü, indiki vəziyyətdə komandanın müdafiədə, hücumda problemləri var. Hər halda təcrübəli komandadı "Qarabağ", bu problemləri aradan qaldıracaqlar".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Elmir Xankişiyev deyib.

 

Vaxtilə Ağdam klubunun aparıcı futbolçularından olmuş 46 yaşlı futbol veteranı "Qarabağ"ın Konfrans Liqasının üçüncü mərhələsindəki AEL-lə oyunlarda şanslarını dəyərləndirib. Xankişiyev, Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın pley-off mərhələsində yüksələcəyinə inandığını bildirib: "Qurban Qurbanov təcrübəli mütəxəssisdi, işini yaxşı bilir. Problemləri aradan qaldıracaq. Komandanın yeni transfleri də var, uğurlu olsun. Düzdü, indiki zamanda transfer etmək, oyunçu tapmaq, gətirmək, onların gəlib adaptasya olması çətin məsələdi. Amma müdafiə və hücumu gücləndirmək, həm də rəqabəti artırmaq baxımından 2-3 transfer olsa yaxşıdı. Əslində yarımmüdafiə mövqeyində normaldı vəziyyətdə. Sadəcə dediyim kimi müdafiə və hücumda güclənmək lazımdı".

 

"Qarabağ" veteranın fikrincə, komanda pley-off mərhələsinə çıxası olsa, "Aberdin"lə deyil, "Breydablik"lə oynasa yaxşıdı: "Kipr azarkeşləri, Kipr futbolçuları Azərbaycan komandalarına qarşı həmişə aqressiv olurlar. Səfərdə bir az çətin olacaq “Qarabağ”a. Amma inanıram ki, komandamız bu mərhələni də keçəcək. Növbəti mərhələdə hansı komanda ilə qarşılaşmaq? "Qarabağ" "Breydablik"lə düşsə daha yaxşı olar. Milli səviyyədə İslandiya yaxşı olsa da, klubları o qədər də güclü deyil. Tanınmırlar o qədər də. Onların yaxşı oyunçuları başqa ölkələrdə oynayır. Klubları o qədər inkişaf etməyib. "Aberdin"dənsə, “Breydablik” düşməsi daha yaxşı olardı. Ki, “Qarabağ”ın İslandiya klubunu keçməsi daha asan olar".

Xəbər xətti