"Neftçi"nin sabiq prezidenti "Spartak"ın oyununa təyinat aldı

17:53 - 4 Avqust 2021

"Neftçi"nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan yeni təyinat alıb.

 

Sportal.az xəbər verir ki, həmyerlimiz Çempionlar Liqasında III təsnifat mərhələsinin "Spartak" (Moskva, Rusiya) - "Benfika" (Portuqaliya) matçında UEFA nümayəndəsi olacaq.

 

Bu gün Moskvada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər xətti