"Qarabağ"ın "Aşdod" səddini keçəcəyinə inanırdım. Belə də oldu. Mən yenə də komandaya inanıram. Təmsilçimiz AEL-i də keçəcək".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Azər Cabbarov deyib.
Vaxtilə Ağdam klubunun formasını geyinmiş Cabbarov onların Konfrans Liqasında qruplara qədər irəliləyəcəyinə inandığını deyib: "Əlbəttə ki, asan oyun yoxdu və Larnakadakı da çətin olacaq. Lakin mən “Qarabağ”a çox inanıram. Nəinki AEL səddini, hətta pley-off səddini də keçərək Konfrans Liqasında qruplara qalacaq. Çünki “Qarabağ” qrupda oynayacaq gücdədi. Bu gün “Qarabağ” müdafiədə oturmyacaq, öz oyununu oynayacaq".
"Riçard Almeydanın dönüşü barədə nə deyim? Məncə, o, "Qarabağ"a çox xeyir verəcək. Bundan əvvəl də xeyir vermişdi" deyə, Cabbarov fikirlərini yekunlaşdırıb.