PSJ-nin argentinalı futbolçusu Lionel Messi və braziliyalı ulduzu Neymar komandanın Çempionlar Liqasının 1-ci turu çərçivəsində “Brügge”yə qarşı keçirəcəyi oyunun heyətinə daxil edilib.
Sportal.az xəbər verir ki, hər 2 futbolçu kollektivlə birlikdə Belçikaya yollanıb.
Amma onlardan sabahki oyunda kimin oynayacağı hələ ki, dəqiq bilinmir.
Xatırladaq ki, Çempionlar Liqasının A qrupunda mübarizə aparan “Brügge” və PSJ sabah Belçikada üz-üzə gələcək.