Almaniya millisinin sabiq üzvü Mahir Emrelinin komandası haqda nə dedi?

16:22 - 15 Sentyabr 2021

Almaniya millisinin və “Spartak”ın sabiq üzvü Sərdar Taşçı bu gün Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək “Spartak” – “Legiya” matçından danışıb.

Sportal.az xəbər verir ki, Taşçının fikrincə, milli komandamızın da formasını geyinən Mahir Emrelinin formasını geyinən “Legiya” qrupun ən zəif komandasıdı: “Spartak”ın bu günki matçda “Legiya”ya qalib gələcəyini gözləyirəm.

​Daha doğrusu qalib gəlməyə borcludu. Hətta heç-heçə oynaması da mənim gözümdə məğlubiyyət kimidi. Fikrimcə, “Legiya” qrupun ən zəif komandasıdı. Onlar öz liqalarında mövsümə çox pis başlayıb. Əgər “Spartak” növbəti mərhələyə yüksəlmək istəyirsə, “Legiya”nı hər 2 matçda məğlub etməlidi. “Napoli” və “Lester” isə “Spartak”dan 1 addım öndədi. Ona görə də qrupda 1-ci və ya 2-ci yeri tutmaq asan olmayacaq”.

Xəbər xətti