"Qarabağ" - "Bazel" matçına nə qədər bilet satılıb?

16:06 - 16 Sentyabr 2021

“Qarabağ” bu gün Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda “Bazel”i (İsveçrə) qəbul edəcək.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Olimpiya stadionunda keçiriləcək görüşə 15 min bilet satılıb.

 

Bu gün keçiriləcək “Qarabağ” – “Bazel” oyunu saat 20:45-də start götürəcək.

Xəbər xətti