Rusiyanın “Ufa” klubunun futbolçusu Həmid Ağalarov Sportal.az saytına açıqlama verib. Cari mövsüm Rusiya Premyer Liqasında 8 oyuna 8 qol vuraraq yüksəlişə keçən Ağalarov adının Azərbaycan millisi ilə hallanmasından söz açıb. 2000-ci il təvəllüdlü “Anji” yetirməsi Azərbaycandan tanış futbolçuları da olduğunu bildirib:
“Sizin millidə oynamış bir neçə futbolçu ilə tanışlığımız var. Hazırda biri millinizdə oynayır. Bədavi Hüseynovla münasibətimiz var.
Azərbaycanla bağlılıq məsələsinə gəlincə, xeyr, bağlılığım yoxdu. Sadəcə, bildiyim qədərilə Ağalarov soyadı sizdə tanınmış soyadlardandı. Azərbaycan millisində oynamaq üçün isə heç bir təklif almamışam”.
saytlarin hazirlanmasi