Sabiq "Qəbələ"li Rusiya klubundan ayrıldı

16:54 - 25 Sentyabr 2021

Rusiyanın “Rostov” komandasının baş məşqçisi Yuri Syomin istefa verib. 

 

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 74 yaşlı mütəxəssislə əməkdaşlığa uğursuz nəticələrə görə son qoyulub.

 

Baş məşqçi vəzifəsinə müvəqqəti olaraq ötən mövsüm U-19 komandasını çalışdıran Zaur Tedeev gətirilib.

 

"Rostov" 8 turdan sonra 6 xalla turnir cədvəlinin 15-ci pilləsindədi.

 

Qeyd edək ki, Yuri Syomin 2013/14 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub.

Xəbər xətti