Ronaldodan növbəti rekord

11:00 - 13 Oktyabr 2021

DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla matç Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub. 

 

Sportal.az xəbər verir ki, 36 yaşlı hücumçu görüşdə 3 qol vurub. Bununla da o, yığmada 10-cu dəfə het-trik etməklə rekorda imza atıb. Bu, Ronaldonun ümumi karyerasında isə 58-ci het-trik olub.

 

Qeyd edək ki, Portuqaliya - Lüksemburq qarşılaşması meydan sahiblərinin 5:0 hesablı qələbəsiylə başa çatıb. 

Xəbər xətti