“Borussiya”nın (Münhenqladbax) yarımmüdafiəçisi Denis Zakariya “Barselona”ya keçə bilər.
Sportal.az xəbər verir ki, Kataloniya klubuna keçmək üçün İsveçrə millisinin futbolçusu “Roma” və “Borussiya”(Münhenqladbax) klublarının təkliflərini geri çevirib.
2017-ci ildən “Borussiya”da oynayan Zakariya Almaniya klubuna “Yanq Boyz”dan keçib. 27 milyon avro transfer dəyəri olan futbolçunun Münhenqladbax klubu ilə müqaviləsi mövsüm sonunda başa çatacaq.