Kane qışda "Neftçi"ni tərk edə bilər

Müqavilə ilə "Olimpiakos"a məxsus olan Mamadu Kane qışda "Neftçi"dən ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, Yunanıstan klubu 24 yaşlı oyunçunun çıxışından razıdır və onu qışda komandaya cəlb etmək istəyir. Pirey təmsilçisi əcnəbi limitinə görə, afrikalı oyunçunu heyətə qaytarmaq üçün digər legioner futbolçulardan biri ilə vidalaşmalıdı.

 

Qeyd edək ki, "Olimpiakos" yay transfer pəncərəsi dövründə Kane ilə rəsmi müqavilə imzalayıb və yarımmüdafiəçini mövsümün sonunadək "Neftçi"yə icarəyə verib.

Tarix: 14 Oktyabr [12:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 Noyabr 2021
29  Noyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio