Namik oynadı, "Bursaspor" qazandı - VİDEO

10:14 - 18 Oktyabr 2021

 Türkiyə 1-ci divizionunda 9-cu turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Namik Ələsgərovun komandası “Bursaspor” növbəti matçına çıxıb.

Bursa təmsilçisi “Boluspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrıla bilib. Start heyətində meydana çıxan Namik komandasının 3:1 hesablı qələbəsində önəmli rol oynayıb. 87 dəqiqə meydanda olan millimizin üzvü 3-cü dəqiqədə komandasının ilk qolunun məhsuldar ötürməsini edib.

​“Bursaspor” 9 turdan sonra 8 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti