Mirabdulla Abbasov: "Qələbədə pay sahibi olduğum üçün çox şadam"

13:41 - 24 Oktyabr 2021

"Neftçi”nin hücumçusu Mirabdulla Abbasov klubun rəsmi saytına açıqlama verib. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 8-ci turunda “Zirə”nin qapısından qələbə (2:1) topunu keçirməklə bu mövsüm ilk qolunu vuran futbolçu sevincini gizlətməyib:

 

 “Qol vurub, komandamızın qələbəsində pay sahibi olduğum üçün çox şadam. Çox ağır oyun alındı. Həm bizim, həm də rəqibin qol epizodları oldu. Sevinirəm ki, sonda vacib 3 xalı “Neftçi” qazandı”.

 

“Necə düşünürsən, bu qoldan sonra start heyətində tez-tez yer ala biləcəksənmi?” sualına Abbasovun cavabı belə olub: “Ümid edirəm ki, daha çox oynamaq şansı qazanacağam. Bunun üçün özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Amma bu, məşqçinin qərarıdır və mən onun seçiminə hörmətlə yanaşıram”.

Xəbər xətti