Kapitan səfərə aparılmayacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” səfərə itki ilə yollanacaq.

 

Sportal.az xəbər verir ki, kapitan Rizvan Fərzəliyev Ukraynada keçiriləcək bu mərhələnin qarşılaşmalarında komanda yoldaşlarına kömək edə bilməyəcək. Buna səbəb onun zədəli olmasıdır. Bunu nəzərə alan klub rəhbərliyi təcrübəli futzalçını səfərə aparmayacaq və o, müalicəsini Bakıda davam etdirəcək. Əvəzində bir müddətdir müalicə prosesi keçən Ramiz Çovdarov İvano-Frankivskdə “Araz-Naxçıvan”a kömək edəcək.

 

Bu arada “Araz-Naxçıvan”ın səfərə aparacağı futzalçıların siyahısını diqqətinizə çatdırırıq:

 

Qapıçılar: Rövşən Hüseynov, Emin Kürdov

 

Oyunçular: Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Nurlan Mehdizadə, Hadi Ahmadi, Amir Şocaei, İsak Surğalı, Maneka, Felipinyo, David Qustavo, Murilo Borges.

 

Onu da qeyd edək ki, “Araz-Naxçıvan” oktyabrın 26-da Bakı-İstanbul-Lvov hava reysi ilə səfər çıxacaq, Lvovdan isə avtobusla İvano Frankivskiyə yollanacaq.

Tarix: 25 Oktyabr [14:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 Noyabr 2021
29  Noyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio