"Azarkeşlərimizin ağrısını hiss edirəm"

15:21 - 25 Oktyabr 2021

“Mançester Yunayted”in qapıçısı İngiltərə Premyer Liqasının 9-cu turunun “Liverpul”la görüşü haqda danışıb.

Sportal.az xəbər verir ki, ispaniyalı qolkiper “Old Trafford”da rəqibinə 0:5 hesabı ilə uduzması barədə tvitter səhifəsində bu cür yazıb:

“Azarkeşlərimizin ağrısını hiss edirəm. Siz özünüzü komandaya verirsiniz. Biz də bunu etməliyik. Klubumuzu sevirəm, bu cür oyunu qəbul etməyəcəyik”.

Xəbər xətti