Millimizin üzvü: "Avropanın 6-cı komandasıyıq, şansımız hər zaman var"

13:41 - 27 Oktyabr 2021

“Yaxşı şansımız hər zaman var. Avropanın 6-cı komandasıyıq. Ona görə də şansımız olacaq. Yer aldığımız qrup ən çətin qruplardandı. İndi futzalda asan rəqib yoxdu. Son Dünya çempionatı da bunu göstərdi. Amma şübhəsiz ki, sona qədər mübarizə aparacağıq”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Tyaqo Bolinya deyib.

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Avropa çempionatında yığmamızın şanslarından söz açıb. Bolinya, İspaniya, Gürcüstan və Bosniya və Herseqovina ilə eyni qrupda mübarizə aparacaq yığmamızın şansları barədə bunları deyib: “İspaniya daima favoritdi. Gürcüstan da son vaxtlar yüksəlişdədi və sürpriz ola bilər. Bosniyalılar da yaxşı futzal oynayır.

​İlk oyunumuz gürcülərə qarşıdı. Debüt matçları hər zaman çətin olur. Biz Avropa çempionatında oynamışıq, Gürcüstan üçün isə ilk olacaq. Bu, bizə üstünlük qazandıra bilər”.

Xəbər xətti