"Qarabağ" - "Kayrat" görüşünü izləmişəm. "Kayrat"ı Qazaxıstandan yaxşı tanıyıram. Əslində onlar birinci hissədə yaxşı oynadılar. Sadəcə 2-ci yarıda hesabı saxlamağa oynamayıb, elə ilk yarıdakı kimi pressinq etməliydilər. "Qarabağ" isə 2-ci hissədə qollarını vurub qalib gəldi".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Ordabası"nın futbolçusu Kərəm Soltanov deyib.
Əslən azərbaycanlı olan müdafiəçi Konfrans Liqasının qrup mərhələsinin 3-cü turu mərhələsində keçirilən “Qarabağ” - “Kayrat” görüşü haqda danışıb.
Qazaxıstanda doğulan və hazırda da bu ölkədə çıxış edən Soltanov tərəflər arasında Almatıda keçiriləcək oyunda da komandaların şanslarını da dəyərləndirib:
"Bakıdakı matçda azarkeşlər də sona qədər “Qarabağ”a dəstək və kömək oldu. Qazaxıstandakı oyunda “Qarabağ” üçün çətin olacaq. Amma mən orada oynayanda da “Qarabağ” güclü idi, indi də. Bu mövsüm isə komanda Azərbaycan millisinin oyunçuları ilə güclənib. Yəni ümumilikdə “Qarabağ” güclü komandadı”.
Soltanov “Kaspi”dən ayrılaraq 2020-2021-ci illərdə “Sumqayıt” forması geyinib.